Phone: (+994 12) 510-69-31
Fax: (+994 12) 510-69-38
Email: info.isjss@gmail.com
ISSN: 2218-8754 (print version)
ru
en

Cənub-şərqi Qafqazın üst yura lay dəstələrinin xarakteristika və formalaşma şəraitləri

Mehdiyeva Z.H.

Təqdim olunan məqalədə Cənub-Şərqi Qafqaz regionun üst yura yaşlı süxur komplekslərinin quruluşu və geokimyəvi xarakterinin bəzi məsələləri nəzərdən keçirilir. Gilgilçay, Babaçay və Cimiçay çayları ilə açılmış kəsilişlərin struktur quruluşuna əsaslanaraq ay-ayrı zonaların hüdudlarında (Sudur, Şahdağ-Xızı və Quton-Qonaqkənd zonaları) təşəkkül tapmış süxur tiplərinin təsviri verilir. Regionun tektonikası, geoloji quruluşu, stratiqrafiyası və paleontologiyası məsələləri uzun illər bir çox tanınmış geoloq və alimlər tərəfindən tədqiq olunmuşdur. Buna baxmayaraq, burada hələ də bir sıra qeyri-müəyyən məsələlər mövcuddur. Bu qeyri-müəyyənliklər ilk növbədə üst yura süxurlarının detallı yaş bölgüsü, müxtəlif süxur komplekslərinin mənşəyi, terrigen məhsulun daxili və xarici mənbəyi məsələlərini əhatə edir. Regionun mürəkkəb tektonik quruluşu və süxur komplekslərinin paleontoloji yoxsulluğu bu məsələlərin həllini daha da çətinləşdirir.

Tədqiq olunan kəsilişlərdə üst yura maddi-kompleksləri yerli lay dəstələrində birləşdirilmiş kobudqırıntılı terrigen, qumdaşılı, alevrolitli, gilli və karbonat süxurlarla təmsil olunurlar. Ümumilikdə, burada iri çaqıllı konqlomeratlardan tutmuş narındənəvər qumdaşılara və gillərə qədər süxur tiplərinə rast gəlinir. Müxtəlif kəsilişlərdə lay dəstələri fərqli litoloji tərkibli süxurlardan təşkil olunurlar.

Keçən əsrin ortalarından başlayaraq litologiya və sedimentologiya məsələlərinin həllində geokimyəvi diaqnostikanın rolu artmışdır. Süxurların kimyəvi tərkibinin öyrənilməsi, bir sıra geokimyəvi indikatorların hesablanması və təhlili çöküntü qatlarını formalaşdıran obyektiv prosesləri izah etməyə kömək edir.

Məqalədə Şahdağ-Xızı zonasının stratiqrafik vəziyyətinə görə üst oksford-kimmeric intervana aid edilən gilli və qumlu süxurlarının (Qızılqama lay dəstəsi) kimyəvi və mineraloji analizinin əsasında litokimyəvi səciyyəsi verilmişdir.


DOI: 10.35714/ggistrat20220100005