Daşgil palçıq vulkanının bərk tullantılarında təbii radioaktivliyin və mikroelementlərin paylanmasının geokimyəvi xüsusiyyətləri
Əliyeva
Ə.R.1, Əlizadə N.O.1, Əliyev Ç.S.1, Əliyev
F.Ə.1,2
1 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Geologiya və Geofizika İnstitutu, Azərbaycan, AZ1073, Bakı, H. Cavid pr., 119: aliyevaa22@gmail.com, nigar.alizada013@gmail.com, aliyev.chingiz47@gmail.com, fuad.aliyev107@gmail.com
2 Xəzər Universiteti (Neftçilər Kampusu), Azərbaycan, AZ1096, Bakı, Məhsəti Gəncəvi küç., 41
DOI: 10.35714/ggistrat20260100025
Xülasə: Palçıq vulkanları dərin qatlarda formalaşmış süxurlardan ibarət böyük həcmdə brekçiyanı yer səthinə çıxarır. Beləliklə, palçıq vulkanlarının bərk tullantıları qədim çöküntülərin stratiqrafik yaşını müəyyən etməkdə mühüm məlumat mənbəyi rolu oynayır. Bu tədqiqatda Azərbaycanın aktiv palçıq vulkanlarından biri olan Daşgil palçıq vulkanı bərk tullantılarının stratiqrafik yaşını müəyyən etmək məqsədilə aparılmış radiometrik, mikrofaunal, qamma-spektrometrik və neytron aktivasiya analizlərinin nəticələri təqdim olunur. Daşgil palçıq vulkanının bərk tullantılarının radiogeokimyəvi xüsusiyyətlərini müəyyən etmək məqsədilə brekçiya nümunələri əsasında kompleks radiometrik tədqiqatlar aparılmışdır. Mikrofaunal analiz, xüsusilə, nümunələrin Üst Miosenə (Sarmat mərhələsi) aid olduğunu göstərir. Radiometrik ölçmələr nümunələrdə ekvivalent qamma doza sürətinin 58-90 nSv/saat intervalında dəyişdiyini müəyyən etmişdir. Qamma-spektrometrik analizinə əsasən, xüsusi aktivlik 238U izotopu üçün 38-43 Bq/kq, ²³²Th üçün 28-37 Bq/kq və 40K üçün 600-750 Bq/kq aralığında dəyişir. Bundan əlavə, brekçiyaların mikroelement tərkibini müəyyən etmək üçün neytron aktivasiya analizi tətbiq edilmişdir. Belə ki, Th üçün orta kütlə payı 8.1 ppm, U üçün 2.6 ppm, Hf üçün 4.3 ppm və Sc üçün 13.6 ppm olaraq, eyni zamanda nadir torpaq elementlərinin ümumi miqdarı orta hesabla 93.5 ppm müəyyən edilmişdir. Əldə olunan nəticələr, sübhəsiz ki, fauna və flora qalıqlarının mövcud olmadığı hallarda müxtəlif yaşlı çöküntülərin stratiqrafik bölünməsi zamanı geoloji məlumatların daha dəqiq inteqrasiyasına, eləcə də tədqiqatların etibarlılığının artırılmasına töhfə verə bilər.
Açar sözlər: Daşgil palçıq vulkanı, bərk tullantılar,
stratiqrafik yaş, radiometrik analiz, mikrofaunal analiz, qamma-spektrometrik
metodu, neytron aktivasiya analizi
ƏDABİYYƏT
Алиева А.Р., Багирли Р.Дж., Керимли Х.М. Радиометрические исследования на вулкане Дашгил. Научно-технический журнал Геофизические инновации в Азербайджане (Azərbaycanda Geofizika yenilikləri elmi-texniki jurnal), № 3-4, 2022, c. 77-82.
Алиев Ч.С., Золотовицкая Т.А., Фейзуллаев А.А. Природа радиоактивных полей некоторых грязевых вулканов Восточного Азербайджана. Известия Национальной Академии Наук Азербайджана (AMEA). Науки о Земле, № 2, 2003, с. 52-57.
Гутько В.И. Активационный Анализ. Минск, 2008, c. 24-71.
Фронтасьева М.В. Нейтронный активационный анализ в науках о жизни. Обзорный журнал “Физика элементарных частиц и атомного ядра” (ЭЧАЯ), Т. 42, № 2, 2011, с. 636-716.
Эфендиева М., Бабаев Р., Джонсон К., Фейзуллаев А., Алиев Ч. Радиостратиграфическая характеристика отложений майкопской серии Западного Азербайджана. Стратиграфия. Геологическая корреляция, Т. 20, № 6, 2012, с. 1-11.
Aliyev Ad.A., Guliyev I.S., Dadashov F.H., Rahmanov R.R. Atlas of world mud volcanoes. Publishing house “Nafta-Press”, Baku, “Sandro Teti Editore”, Rome, 2015, 322 p.
Baloglanov E.E., Abbasov O.R., Akhundov R.V. Mud volcanoes of the world: Classifications, activities and environmental hazard (informational analytical review). European journal of natural history, Vol. 5, 2018, pp. 12-26.
