Böyük Qafqazın Sudur şelf zonasının Yura kompleksinin paleomaqnit xüsusiyyətləri (Azərbaycan)
Kəngərli T.N., Qarayeva
T.C., Mehdiyeva Z.N., Novruzov Z.A.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Geologiya və Geofizika İnstitutu, Azərbaycan, AZ1073, Bakı, H.Cavid prosp. 119: sadiqovataxmina@mail.ru
DOI: 10.35714/ggistrat20260100022
Xülasə. Məqalədə Avrasiyanın Şimal Qafqaz kənarının qitə
şelfinin Yura kompleksi üçün detallı stratigrafik bölgü təqdim olunur. Skif
platformasının cənub kənarına uyğun gələn bu ərazidə Yura süxur komplekslərinin
stratigrafiyası kifayət qədər öyrənilməmişdir. Digər tərəfdən, bu regionda
paleomaqnit tədqiqatları əvvəllər aparılmamışdır. Tədqiq edilən rayon Böyük
Qafqaz dağ-qırışıqlıq sisteminin cənub-şərq hissəsinin şimal yamacında
yerləşir. Yura süxurlarının paleomaqnit xüsusiyyətlərini öyrənmək məqsədilə
Tahircalçay kəsilişindən 80 istiqamətləndirilmiş nümunə götürülmüşdür. Süxur
nümunələrinin maqnit həssaslığı və təbii qalıcı maqnitləşməsi müvafiq olaraq 0,6 × 10⁻³ – 1,6 × 10⁻³ BS və 2,9 × 10⁻³ – 16,9 × 10⁻³ A/m intervalında
dəyişir. Qalıcı komponentin orta dəyəri göstərir ki, maqnitləşmə ilkin
vəziyyətinə yaxındır və buna görə də paleomaqnit profilinin tərtibində istifadə
oluna bilər. Paleomaqnit məlumatları əsasında ilk dəfə Skif platformasının
cənub kənarındakı Yura tektonik bloklarının kinematik parametrləri öyrənilmişdir.
Tədqiqat materiallarının təhlili blokun bucaqlı yer dəyişməsinin miqyasını üzə
çıxarmışdır. Tahircalçay kəsilişinin maqnostratigrafik təhlili nəticəsində cəmi
5 birbaşa maqnitləşmə zonası və 5 tərs maqnitləşmə zonası müəyyən edilmişdir. Bu maqnit zonalarından istifadə edilməklə
müxtəlif stratiqrafik vahidlər arasında sərhədlər müəyyən edilmişdir:
Aalen–Bajos, Bajos–Baton, Baton–Kellovey, Kellovey–Oksford, Oksford–Kimmeric.
Açar sözlər: Tahircalçay
kəsilişi, maqnit həssaslığı, qalıq maqnitləşmə, paleomaqnetizm, maqnit
polyarlığı
ƏDABİYYƏT
Гараева Т.Д., Новрузов З.А., Багирова А.А. Геодинамика Азербайджанской части Малого Кавказа по палеомагнитным данным. Горный информационно-аналитический бюллетень, Москва, № 6, 2017, с. 253-263.
Исаев Б.М., Кенгерли Т.Н., Рашидов Х.А. и др. Отчет о поисково-съемочных работах масштаба 1:25000 на юго-восточном погружении Большого Кавказа за 1974-1976 гг. Гос. инф.-арх. фонд МЭПР АР. Баку, 1977.
Исаева М.И., Гараева Т.Д., Новрузов З.А., Багирова А.А. Глубинное строение и сдвиговые деформации блоков южного склона Большого Кавказа по палеомагнитным данным. Материалы XX Всероссийской конференции с международным участием (г. Воронеж, 25-30 сентября 2016 г). Издательско-полиграфический центр «Научная книга», Воронеж, 2016, с. 186-190.
Исаева М.И., Гараева Т.Д., Багирова А.А. Решение геолого-геофизических задач палеомагнитным методом. Geophysics News in Azerbaijan, Баку, № 3-4, 2017, с. 11-16.
Новрузов З.А., Исаева М.И., Гараева Т.Д., Багирова А.А. Результаты термомагнитного анализа меловых отложений Лагичского разреза (Вандамская тектоническая зона, Южный склон Большого Кавказа, Азербайджан). Геофизический журнал, Украина, Киев, Т. 39, № 3, 2017, с. 91-96, https://doi.org/ 10.24028/gzh.0203-3100.v39i3.2017.104029.
Храмов А.Н., Гончаров Г.И., Комиссарова Р.А. и др. Палеомагнетология. Под редакцией А.Н.Храмова. Ленинград, Недра, 1982, 312 с.
Enkin R.J. The direction–correction tilt test: an all-purpose tilt/fold test for paleomagnetic studies. Earth and Planetary Science Letters, Elsevier, 2003, Vol. 212, Issues 1-2, pp. 151-166, https://doi.org/10.1016/ S0012-821X(03)00238-3.
Garayeva T.J., Novruzov Z.A., Bagirova A.A. Paleotektonic reconstruction of blocks of Pliocene-Pleistocene sections of the Southeastern Parts of the Greater Caucasus. Proceeding of the I International scientific conference “Modern science: experience, traditions, innovations”, SC. Scientific conferences, Berlin. Germany, 2023, pp. 22-27, https//doi.org/ 10.5281/zenodo.7604871.
Kangarli T.N., Balamedov Sh.R., Sadykhov E.F., Mehdiyeva Z.N. Lithological-Facies Zonality of Stratification of the Southeastern Caucasus Upper Jurassic Complex. Article 1 – Malmian Formations of Side Range Zone. Proceedings of Azerbaijan National Academy of Sciences, The Sciences of Earth, Issue 3, 2013, pp. 3-15, https://journalesgia.com/wp-content/ files/2013/03/2013_03_.
Kangarli T.N., Mehdiyeva Z.N. Upper Jurassic complex of Greater Caucasus Side range: lithofacies and sedimentation (Azerbaijan). Stratigraphy and sedimentology of oil-gas basins, International scientific journal, Nafta-Press, Baku, No. 2, 2017, pp. 28-53, https://isjss.a-z.az/userfiles/uploads/978fe5b3da05e6016 876986bde43634f.pdf.
Mehdiyeva Z.N. Characteristics and сonditions of accumulation of the Upper Jurassic sediments in the South-Eastern Caucasus. Stratigraphy and sedimentology of oil-gas basins, International scientific journal, No. 1, 2022, pp. 56-65.
Novruzov Z.A., Garayeva T.J., Bagirova A.A. Paleoteknic reconstruction of the Karabakh uplift based on paleomagnetic data (Lok-Karabakh zone, Lesser Caucasus, Azerbaijan). SC scientific conferences, Proceeding of the 1st international scientific conference “New problems of science and ways of their solution”, Geological and Mineralogical Sciences, Paris, France, 2023, pp. 15-18, https://doi.org/10.5281/zenodo.7628541.
Torsvik T.H., Van der Voo R., Preeden U., MacNiocaill C. et al. Phanerozoic polar wander, palaeogeography and dynamics. Earth-Science Reviews, Elsevier, Vol. 114, Issues 3-4, 2012, pp. 325-368, https://doi.org/ 10.1016/j.earscirev.2012.06.007.
