Haqqımızda
Son illərdə müasir geologiyada ilk növbədə
sedimentologiya, paleontologiya və stratiqrafiyanı, geofizikləri,
seysmoloqları, seysmostratiqrafiyanı birləşdirən çoxşaxəli metodlardan asılı
olan geoloji istiqamətlər geniş vüsət almışdır. Onlar palçıq vulkanlarının
püskürmələrində, habelə xırda ocaqlı zəlzələlərdə təzahür edən çöküntü
süxurlarının və flüidlərin faza və geodinamik qeyri-sabitliyini təmsil edərək,
müxtəlif şəraitdə çöküntütoplanma hövzələrinin inkişafı və karbohidrogen
sistemlərinin formalaşması haqqında təsəvvürlərin formalaşdırılmasına kömək edən
seysmostratiqrafiya, sekvens-stratiqrafiya, sedimentologiya və xüsusilə hövzə
modelləşdirilməsi kimi tamamilə yeni olan elmi istiqamətləri yaradırlar. Bütün
bunlarla yanaşı, yeni mütəxəssislərin işləri tamamilə yeni geoloji istiqamətlərdə
tədqiqatlartı əhəmiyyətli dərəcədə genişləndirən və dərinləşdirən külli
miqdarda yeni geoloji-geofiziki və geokomyəvi materiallar əldə etməyə imkan
vermişdir.
Beləliklə süxurların təsəvvürə gəlməz dərəcədə mürəkkəb olan birləşmələrində, saysız-hesabsız və olduqca müxtəlif olan laylarda təşəkkül tapması, onların zaman miqyasında ardıcıllığından baş çıxarmaq, geoloji hadisələrin xronoloyiyası üçün ətraflı cədvəlini hazırlamaq geoloji hadisələrin zaman və məkan stratiqrafiyasının və korrelyasiyasının fundamental və tətbiqi meyarlarının əsasını təşkil edir. Bununla yanaşı, sedimentologiya və xüsusilə onun dəqiq geoloji modellərin qurulmasında olduqca mühüm olan neft və qazın təbii rezervuarlarının həcmi və ölçülərinin uğurlu proqnozlaşdırılması məqsədilə zaman və məkan daxilində çöküntütoplanma prosesinin inkişafının öyrənilməsinin istifadə olunduğu tətbiqi sahəsi geologiyada ən vacib istiqamətlərdən birinə aiddir. Süxurların tədqiqatı zamanı onların genetik mənsubiyyətinin aşkar edilməsi və üçölçülü sedimentoloji modelinin qurulması müxtəlif geoloji-geofiziki informasiyanın öyrənilməsi əsasında eyni zamanda xronostratiqrafik çərçivələrin qurulması və korrelyasıyanın aparılması, habelə xəritələrin tətbiqi və stratiqtafik proqnozların verilməsi üçün seysmostratiqrafiyanın metodlarının tətbiqi ilə aparılır. Bununla yanaşı, bu və ya digər rezervuarın sedimentasiya səraitini nəzərdən keçirən fərziyyələri eksperimental yolla sübut etməyə imkan verən müsir tədqiqat üsuluna çöküntü proseslərinin modelləşdirilməsi aiddir. Burada sedimentogenez mərhələsində böyük dərəcədə fiziki-coğrafi səraitlə təyin edilən təbii rezervuarın parametrləri, habelə süxurların, o cümlədən tektonik prosesslərin təsiri altında ikincili dəyişmələrinin istiqamətliyi və intensivliyi proqnozaşdırma üçün əsas rolunu oynayır. Litoloji və mədən-geofiziki partametrlərin kompleksi üzrə sedimentasiya modelləşdirilməsinin tətbiqi neft və qaz yataqlarının hər hansı genetik tipinin axtarışı, proqnozu və kəşfiyyatına fərdi yanaşma zamanı süxur-kollektorların proqnozu ilə bağlı kompleks məsələləri həll etməyə imkan verir. Son illər ərzində sedimentoloji modellədirmə neft sənayesi sahəsinə daha çox tətbiq edilərək onun qarşısında duran məsələlərin həllinə müxtəlif profilli mütəxəssisləri cəlb etməklə və bununla yanaşı neft geologiyasının hər bir aspektinə bilavasitə təsirinin müxtəlif miqyaslı təzahürləri arasında əlaqə yaradır. Həm Azərbaycanda, həm də onun hüdudları xaricində olan alim və mütəxəssislərin yuxarıda sadalananlara, və deməli yeni elmi nəşrlərə maraqları bu son nailiyyətlərlərlə bilavasitə bağlıdır.
Bununla əlaqədar, Azərbaycan alimləri hesab edirlər ki, belə vəziyyət qarşıya ənənəvi elmi nəşrlərin istiqamətinin dəyişdirilməsi və müasir geologiya elminin stratiqrafiya və sedimentologiya kimi mühüm istiqamətlərini əhatə edən yeni, ixtisaslaşdırılmış elmi jurnalın yaradılmasına ehtiyacın olması məsələsini qoyur. Bununla bağlı, Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri bölməsi və Azərbaycan MEA Geoloqlarının Milli Komitəsi Rusiya Elmlər Akademiyasının Yer elmləri bölmələri, Ukrayna və Gürcüstanın milli elmlər akademiyaları ilə birgə “Neftli-qazlı hövzələrin stratiqrafiyası və sedimentologiyası” adlı yeni jurnal təsis etməyi təklif etmişdir. Bu dövlətlərin geoloji idarələrindən redaksiya heyətinin tərkibinə aparıcı mütəxəssislərin daxil edilməsi barədə müsbət cavablar və razılıq alınmışdır.
Bu qərarların həyata keçirilməsinin nəticəsi “Neftli-qazlı hövzələrin stratiqrafiyası və sedimentologiyası” adlı beynlxalq elmi jurnalın təsis edilməsi haqqında AMEA Rəyasət Heyətinin 5 mart tarixli 86 Qərarı oldu. Jurnalda dünyanın neftli-qazlı bölgələrinə ail yeni geoloji-geofiziki və geokimyəvi materialların nəticələrini işıqlandırmaq planlaşdırılır. Jurnalın nəşrlərində mühüm yeri, sübhəsiz ki, yalnız Azərbaycandan olan tədqiqatçılar deyil, həm də qərb şirkətlərindən olan geoloqların, beynəlxalq universitetlərin geoloji fakültələrinin və elmi-tədqiqat təşkilatlarının seysmostratiqrafiyaya, sekvens-stratiqrafiyaya, sedimentologiyaya, hövzə modelləşdirilməsinə dair təqdim etdikləri materiallar da dərc olunacaq. Yeni jurnalın redaksiya heyətinin tərkibində Bolqarıstandan, Türkiyədən, Rusiyadan, Gürcüstandan və Azərbaycandan olan alimlər var. Çap olunan məqalələr kompleks tədqiqatların nəticələrinə əsaslanıblar və stratiqrafiya və Yerin geoloji tarixində qalmış xronologiya ilə maraqlanan alimlər, universitet professorları, tələbələr və geoloqlar üçün nəzərdə tutulub.
Akademik A.A.ƏLIZADƏ
“Stratigraphy, petroleum sedimentology, geochemistry” beynəlxalq jurnalının redaksiya heyəti
A.A.Əlizadə - Baş redaktor
E.H.M. Əliyeva - Baş redaktorun müavini
S.A. Məlikova - Məsul katib
A.Q. Məmmədova - Katib
Redaksiya heyətinin üzvləri
Yuri Lavruşin - Rusiya
Dmitri Ruban - Rusiya
Tamara Yanina - Rusiya
Aleksandr Lukin -Ukrayna
Əli İsmayıl Əl-Cubouri - İraq
Lev V. Eppelbaum - İsrail
Əkbər Feyzullayev - Azərbaycan
Pərviz Məmmədov - Azərbaycan
Frank Vesselin - Niderland
Kristian van Baak - Böyük Britaniya
Con Veber - ABŞ