Stratiqrafik paradiqmanIn dəyişilməsi – Avrasiya neft-qazlI hövzələrinin stratiqrafiyasının antiböhran proqramı (Qərbi Sibir timsalInda)
Karaqodin Y.N.
Məqalədə hövzə stratiqrafiyası böhranından çıxış yolu kimi Avrasiya neftli-qazlı hövzələrinin stratiqrafiyasının sistem modelinin yaradılmasının mühümlüyünün əsaslandırılması və nəzəri-metodoloji əsasları verilmişdir. Rusiya stratiqrafiyasında üç yüz il hökm sürən lay dəstəsi paradiqması şübhəsiz köhnəlmiş və hövzə stratiqrafiyasının böhranına gətirib çıxarmışdır. O sistem paradiqması ilə əvəz olunmalıdır. Əsərdə böhranın əsas təzahürləri və onun baş səbəbləri nəzərdən keçirilmişdir. Sistem-stratiqrafiya metologiyasının əsas prinsipləri və qaydaları şərh edilmişdir.