Qərbi Qafqazda (Cənubi-Qərbi Rusiya) Trias dəniz onurğasız orqanizmlərinin meydana gəlməsi və yox olması
Ruban, Dmitri A.
Dəniz onurğasız orqanizmlər (ammonoidealar, ikitaylı molyusklar, braxiopodlar, mərcanlar və süngərlərin 144 cinsi) Qərbi Qafqazda (Rusiyanın cənub-qərbi) triasın bütün mərtəbələrindən məlumdur. Bu regional paleontoloji salnamə dəniz məkanında mərtəbələr üzrə meydana gəlmə və yoxolmaların dinamikasının açılması üçün istifadə edilə bilər.
Regionda meydana gələn taksonların sayı erkən triasda artır və
anizidə zirvəyə çatır. Ladin əsrində hövzənin kəskin dərinləşmə rejimi ilə
əlaqədar olaraq əhəmiyyətli azalmadan sonra, bu rəgəm retə qədər artmışdır.
Yoxolmaların sayı da anizində zirvəyə çatmış, ladində azalmış və sonra triasın
sonuna qədər tədricən artmışdır. Dinamikanın bu xüsusiyyətləri dəniz
orqanizmlərinin meydana gəlməsi və qırılmasının qlobal ardıcıllığın
oxşarlıqları və həmçinin fərqləri nümayiş etdirir. Məsələn, regional
olenek-anizi radiasiyası da qlobal təzahür etmişdir, lakin planetar miqyasda
daha böyük müddətli olaraq, zirvəsinə karni ərzində çatmışdır.
İnddə meydana gəlmələrin nisbətən az miqdarı permin sonunda kütləvi
qırılmanın uzun müddətli effekti konteksində interpretasiya edilir. Triasın
sonunda qırılmaya gəldikdə isə, o retdə dəniz orqanizmləri cinslərinin nisbətən
daha çox miqdarının yox olmasına gətirib çıxara bilərdi. Lakin bu hadisələr
retin, ən axırında baş verməmişdir (Qərbi Qafaqazda üst ret çöküntüləri aşkar
edilməmişdir). Görünür ki, triasın əsrlərin müxtəlif mütləq davamiyyətı (mln
illərlə) müxtəlifliin dinamikasının mərtəbələr üzrə təhlilinə əsaslanan
nəticələrə təsir edə bilər (məs., onun nəzərə alınması nori radiasiyasının
gücünü şübhə altına ala bilər). Əksinə sınaq işləri və mühafizə səviyyəsi ilə
əlaqədar olan regional paleontoloji salnamənin natamamlığı o qədər də böyük
görünmür.