Print-ISSN 3079-2886; E-ISSN 3079-2894
ru
en

Şərqi Azərbaycanın neftli süxurlarının Atabaska (Kanada) ilə müqayisəli mineraloji-geokimyəvi xüsusiyyətləri

Mehdiyev O.T.*, Məmmədova A.N., Nağızadə A.Ə., Baxşıyeva F.Q.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Neft-qaz-mədən geologiyası laboratoriyası

“Geologiya İnstitutu” Publik Hüquqi Şəxsi (PHŞ), Azərbaycan AZ1073, Bakı, H. Cavid pr., 119

*Yazışmalara məsul: orxan95mehdiyev@gmail.com

DOI: 10.35714/ggistrat20260200027

Xülasə. Tədqiqat işi Axtarma-Puta, Çeyildərə və Aralıq sahələrinin timsalında Şərqi Azərbaycanın neftli süxurlarını dünyanın ən yaxşı öyrənilmiş neftli qum sistemlərindən biri olan Atabaska ilə müqayisə etməklə onların mineraloji, əsas oksid və üzvi-geokimyəvi xüsusiyyətlərini, oxşar və fərqli cəhətlərini müəyyən edir. Tədqiqat adıçəkilən sahələrə aid 12 süxur nümunəsinin XRD və WDXRF nəticələrinə, həmçinin qrup nümunələrində nəmlik, ekstraksiya olunan bitum və bitum fraksiyalarının təyininə əsaslanır. Şərqi Azərbaycan nümunələrinin orta tərkibi Atabaska ilə müqayisədə daha az kvars (28,92 və 51,30%), gil mineralları (23,42 və 40,30%) və SiO₂ (46,29 və 78,82%), lakin daha çox çölşpatı (15,83 və 3,10%), karbonat (16,08 və 4,40%) və CaO (12,19 və 3,07%) ilə səciyyələnir. Orta bitum miqdarı yerli nümunələrdə 4,61%, Atabaskada 7,15%, nəmlik isə müvafiq olaraq 1,45 və 3,40%-dir. Yerli sahələr daxilində Çeyildərə kvarsla zəngin və karbonatsız, Aralıq isə yüksək asfaltenli bitumla seçilir. Bu nəticələr Şərqi Azərbaycanın tədqiq olunan neftli süxurlarının Atabaska ilə müqayisədə fərqli mineral-matris və bitum xüsusiyyətlərinə malik olduğunu, yerli sahələr daxilində də əhəmiyyətli kompozisional dəyişkənliyin mövcudluğunu göstərir.

Açar sözlər: Şərqi Azərbaycan, Atabaska, neftli süxur, mineralogiya, əsas oksidlər, nəmlilik, bitum