Naxçıvan qırışıqlıq vilayətinin çökmə maddi komplekslərinin müasir stratiqrafik bölgüsü üzrə oçerkləri. Oçerk I – Proterozoy və Paleozoy
Məmmədov A.B., Kəngərli T.N., Babayev Ş.Ə., Əliyev H.İ.
Məqalədə Azərbaycanın cənub-qərb regionu olan
Naxçıvan Muxtar Respublikasının geoloji quruluşunda iştirak edən Paleozoy
struktur-maddi kompleksinin son tədqiqat və ümumiləşdirmələr nəticəsi kimi
müasir Beynəlxalq Stratiqrafik Cədvəl əsasında yerli bölgüsü, ayrılan
stratiqrafik vahidlərinin təsviri və paleontoloji əsaslandırılması verilmişdir.
Həmçinin müxtəlif litoloji-stratiqrafik komplekslərin əmələgəlməsində
paleogeodinamik və paleocoğrafi faktorların təsiri qısa şəkildə
işıqlandırılmışdır. Bu məlumatlar ilk dəfə olaraq ingilis dilində təqdim edilir
və Cənubi Qafqazda yerin səthinə çıxan Paleozoy çöküntülərinin litologiya və
stratiqrafiyası ilə maraqlanan beynəlxalq geologiya ictimaiyyətinin nümayəndələri
üçün yığcam və dolğun məlumat bazası kimi qəbul edilə bilər.