Şimali İraqin Koloş formasiyasının (paleosen-aşaği eosen) fasiyalarının analizi
Mahmud, Əli Mustafa; Əl-Cobouri, Əli İsmayıl
Məqalədə paleosendən alt eosenə qədər Şimali İraqın Koloş
formasiyasının litofasiyaları təsvir olunur. Formasiyalar enli zolaq şəklində təxminən
şimali-qərb - cənubi-şərqə doğru yönəlmişdir. Formasiya əsasən klastik
süxurlardan ibarətdir – tünd boz və ya qara gilli şistlərdən, yaşıl
qumdaşlarından, nazik təbəqələrin tək-tək konqlomeratlı qumlu əhəngdaşıları ilə
növbələşən gilli əhəngdaşlarından. Çöl işlərinə və petroqrafik tədqiqatlara
əsaslanaraq aşağıdakı əsas fasiyaları ayırmaq olar: klassik turbitid, massiv
qumdaşıları, caqıl daşlı qumdaşıları, girintili konqlomerat, sementləşmiş
konqlomeratlar və plankton foraminiferli vakk mikrofasiyaları. Belə nəticəyə gəlinmişdir
ki, çöküntütoplanma şəraiti turbitid olubdur və kəsilişin üst hissəsində böyük
sıxlıqa malik yüksəksurətli axınların təsiri altında əmələ qəlibdir, bu
kobuddənəli və çaqıl daşlı konqlomeratlarda əks olunmuşdur. Eyni zamanda alt
hissədə az sıxlığa malik aşağısurətli axınlar, xırdadənəli gillərin və pelagik
və yarıpelaqik əhəngdaşılı süxurların əmələ gəlməsinə səbəb olmuşdur. Həmçinin
fasiyaların analizi göstərir ki, yuxarı istiqamətdə dayazlaşma sualtı gətirmə
konusu aşağıya doğru yuxarı gətirmə konusu, orta gətirmə konusu, xarici gətirmə
konusu və hövzə çöküntütoplama şəraitinə doğru baş vermişdir.