Print-ISSN 3079-2886; E-ISSN 3079-2894

Cənub-şərqi Nigeriyanın Okiqve-Umuasuva oxu boyunca Gec Maastrixt-Danimarka təbəqələrinin yaşı və paleomühiti, Anambra hövzəsi

Odumodu, Çukvuemeka F.; İkeqvuonu, Okeçukvu N.; Mode, Ayonma V.

Anambra hövzəsinin İlhube, Okiqve-Arondizuogu və Umuasuva kəsilişlərinin Gec Təbaşir və Erkən Paleogen süxurlarının yaşını dəqiqləşdirmək və onların çökmə paleomühitini rekonstruksiya etmək məqsədilə həmin kəsilişlərin açılışlarından 12 nümunə götürülmüş və çöküntülərdən turşuda həll edilə bilən üzvi qabıqlı mikrofosillərin əldə olunmasına əsaslanan ənənəvi turş maserasiya metodunun tətbiqi ilə palinoloji təhlildən keçirilmişdir. Təhlillər nəticəsində kəsilişlərin tərkibində karbonlu şistlərdən, qumdaşılardan, gildaşılardan və alevritlərdən ibarət dörd əsas təbəqə müəyyən edilmişdir. Palinoloji təhlillərin nəticəsi onu göstərir ki, İlhube və Okiqve/Arondizuogu kəsilişlərindən yığılmış nümunələrdə üstünlük terrigen mikroflora (xüsusilə də spor və tozcuqlar), Umuasua kəsilişindən götürülmüş nümunələrdə isə terrigen formalardan fərqli spora qabığı quruluşuna sahib olan suda yaşayan növlər (əsasən dinoflagellatlar) təşkil edir. Nümunələrin yaşı seçilmiş stratiqrafik indekslər üzrə təyin olunan palinomorf komplekslər əsasında təyin edilmişdir. İlhube və Okiqve-Arondizoqu kəsilişlərindən götürülən nümunələrin yaşı gec Maastrixt dövrü olaraq təyin olunmuş, orada aşağıdakı növlər aşkar edilmişdir: Longapertites marginatus, Proxapertites operculatus, Proxapertites cursus, Retidiporites magdalenensis, Cingulatisporites ornatus, Proteacidites dehaani, Spinizonocolpites baculatus / echinatus, Mauritidites crassibaculatus, Distaverrusporites simplex, Foveotriletes margaritae, Constructipollenites ineffectusLongapertites microfoveolatus. Sözü gedən kompleks Cənubi Amerika və Afrika bölgələrinin Senon dövrünün tropik-subtropik Palma əyalətinə aid edilmişdir. Umuasua kəsilişindən tapılmış növlərə görə (Cordosphaeridium varians, Damassadinium californicum, Fibrocysta licia, Carpatella cornuta, Eisenackia circumtabulata, Carpatella septata, Senoniasphaera inornata, Tectatodinium rugulatum, Kenleyia leptocerataPalynodinium grallator) kəsilişin yaşı Erkən Danimarka olaraq təyin edilmişdir. Kəsilişlərdə palma taksonları kimi mühüm mühit formalaşdırıcı mikrospor taksonlarının müəyyən edilməsi, habelə nümunələrdə külli miqdarda mikroplankton növlərinin (məsələn peridinoid dinosistləri) tapılması çökmə prosesinin manqrov bataqlıqlarının və ya şorluluğun az tərəddüd etdiyi sahilyanı şoran su mühitində baş verdiyinə dəlalət edir. Mikrospor assosiasiyalarının xüsusiyyətlərinə əsaslanaraq elə nəticəyə gəlmək olar ki, çökmə prosesi isti və rütubətli iqlim şəraiti altında baş vermişdi.