Print-ISSN 3079-2886; E-ISSN 3079-2894
ru
en

Şərqi Gürcüstanda ekoloji infrastrukturun regional planlaşdırılmasında geoloji-geokimyəvi və hidrogeoloji şəraitin kompleks təhlili və CİS qiymətləndirilməsi

Giorqadze A.1,2*, Çikviladze X.1, Oboladze S.1,3, Mçedlişvili G.1, Buaçidze N.4, Kavtaradze B.1,5

1 Gürcüstan bərk məişət tullantıların idarə edilməsi şirkəti MMC, Gürcüstan 0186, Tbilisi, A. Politkovskaya küç., 14

2 G. Tsulukidze ad. Dağ-Mədən İnstitutu, Gürcüstan 0186, Tbilisi, E. Mindeli küç., 7

3 İ. Cavaxişvili ad. Tbilisi Dövlət Universiteti, P. Melikişvili ad. Fiziki və Üzvi Kimya İnstitutu, Gürcüstan 0186, Tbilisi, A. Politkovskaya küç., 14

4 Gürcüstan Texniki Universiteti, Hidrometeorologiya İnstitutu, Gürcüstan 0112, Tbilisi, D. Aqmaşenebeli pr., 150G

5 Dəqiq və təbiət elmləri fakültəsi, İ. Cavaxişvili ad. Tbilisi Dövlət Universiteti, Gürcüstan 0179, Tbilisi, İ. Çavçavadze pr., 3

*Yazışmalara məsul: giorgadze.anzori@gtu.ge


DOI:
10.35714/ggistrat20260200030

Xülasə. Təhlükəli tullantıların etibarlı idarə olunması və utilizasiyası qlobal miqyasda ətraf mühitin və ictimai sağlamlığın qorunması baxımından mühüm prioritet, Gürcüstan üçün isə təxirəsalınmaz infrastruktur ehtiyacıdır. Davam edən sənaye artımına və ekoloji tənzimləmələrin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasına baxmaya­raq, hazırda Gürcüstanda təhlükəli tullantıların basdırılması üçün nəzərdə tutulmuş müasir, mühəndis-texniki cəhətdən təchiz edilmiş və normativ tələblərə cavab verən xüsusi obyekt mövcud deyil. Nəticədə, sənaye mənşəli təhlükəli yan məhsullar çox vaxt müəssisələrin ərazisində müvəqqəti saxlama sahələrində və ya izolyasiyaedici qatı olmayan bələdiyyə tullantı sahələrində toplanır ki, bu da regional su ehtiyatları və ictimai sağlamlıq üçün təhlükə yaradır.

Bu tədqiqat Şərqi Gürcüstanda, Marneuli, Qardabani və Tetritskaro bələdiyyələrini əhatə etməklə, təhlükəli tullantı poliqonu üçün sahə seçiminə dair Coğrafi İnformasiya Sistemlərinə (CİS) əsaslanan çoxmeyarlı qiymətləndirməni təqdim edir. CİS mühitində 20 metr məkan ayırdetməsinə malik Rəqəmsal Yüksəklik Modeli (RYM) və ondan əldə edilmiş kölgələndirilmiş relyef modeli, 1:25 000 miqyaslı topoqrafik xəritə, 1:200 000 miqyaslı geoloji xəritə, regional seysmik təhlükə modeli, sürüşmə və sel hadisələrinə meyillilik xəritələri, hidroloji şəbəkələr, infrastruktur layları və kadastr mülkiyyət sərhədlərini birləşdirən çoxlaylı məkan məlumatları bazası yaradılmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən hazırlanmış ekoloji meyarlar çərçivəsi əsasında namizəd sahələr 20 sosial, ekoloji, texniki və geoloji parametr üzrə qiymətləndirilmişdir. Hər bir parametr 1-dən 5-dək tam ədədlərdən ibarət yararlılıq şkalası üzrə qiymətləndirilmişdir. Məkan skrininqi nəticəsində 10 namizəd sahə müəyyən edilmişdir. Ümumiləşdirilmiş çoxmeyarlı qiymətləndirmə nəticəsində üç əsas namizəd sahə müəyyən olunmuşdur: Marneuli (73), Tsintskaro (71) və Keçmiş Hərbi Sahə (65).

Bu tədqiqat Gürcüstanda təhlükəli tullantıların basdırılması üçün ilk xüsusi obyektin yaradılmasına istiqamət verən qərarların qəbulunu dəstəkləmək məqsədilə empirik və obyektiv baza formalaşdırır və regional ekoloji infrastrukturun planlaşdırılması üçün hərtərəfli 6 mərhələli CİS iş axınını təqdim edir.

Açar sözlər: təhlükəli tullantıların idarə olunması, tullantıların basdırılması poliqonunun yerləşmə yerinin müəyyən edilməsi, coğrafi informasiya sistemləri (CİS), optimal sahənin seçilməsi meyarları sistemi, Şərqi Gürcüstan, ərazi üzrə ekoloji planlaşdırma

 

ƏDABİYYƏT

Adamia S., Chabukiani A., Chkhotua T., Enukidze O., Sadradze N., Zakariadze G. Tethyan evolution and continental collision in Georgia. In: Sorkhabi R. (ed.) Tectonic Evolution, Collision, and Seismicity of Southwest Asia: In Honor of Manuel Berberian’s Forty-Five Years of Research Contributions. The Geological Society of America, Special papers, Vol. 525, 2017, pp. 501-535, https://doi.org/10.1130/2017.2525(16).

Alania V., Enukidze O., Glonti N., Razmadze A., Chabukiani A., Giorgadze A., Glonti B.V., Koiava K., Beridze T., Khutsishvili S., Chagelishvili R. Structural architecture of the Kura foreland fold-and-thrust belt using seismic reflection profile, Georgia. Universal Journal of Geoscience, Vol. 6, No. 6, 2018, pp. 184-190, https://doi.org/10.13189/ujg.2018.060602.

Alania V., Melikadze G., Pace P., Fórizs I., Beridze T., Enukidze O., Giorgadze A., Razmadze A. Deformation structural style of the Rioni foreland fold-and-thrust belt, western Greater Caucasus: Insight from the balanced cross-section. Frontiers in Earth Science, Vol. 10, Article number 968386, 2022, https://doi.org/10.3389/feart.2022.968386.

Alania V., Beridze T., Enukidze O., Gusmeo T., Razmadze A., Tevzadze N., Vashakidze G. Deep Structure and Deformation Structural Style of the Georgian Part of Lesser Caucasus Orogen. In: Mukherjee S. (ed.) Structural Geology and Tectonics. Springer Nature Singapore, 2026, pp. 1-14, https://doi.org/10.1007/978-981-95-4743-2_1.

Ali I., Islam A., Ali S.M., Adnan S. Identification and selection of suitable landfill sites using GIS-based multi-criteria decision analysis in the Peshawar District, Pakistan. Waste Management & Research, Vol. 41, Issue 3, 2023, pp. 608-619, https://doi.org/10.1177/0734242X221124069.

Buachidze N., Chikviladze K., Kordzakhia G., Shubladze E., Shavliashvili L. Research of Uncontrolled Landfills Impact on Environment in Georgia. American Journal of Environmental Protection, Vol. 5, Issue 3, 2016, pp. 65-70, https://doi.org/10.11648/j.ajep.20160503.14.

Buachidze N., Dzebisashvili N., Gurguliani I., Chikviladze K., Ghosh S.K. Circular Economy of Georgia. In: Ghosh S.K. and Ghosh S.K. (eds.) Circular Economy: Recent Trends in Global Perspective. Springer Nature Singapore, Singapore, 2021, pp. 359-382, https://doi.org/10.1007/978-981-16-0913-8_12.

Chalkias C., Lasaridi K. Benefits from GIS based modelling for municipal solid waste management. Integrated Waste Management (Kumar S., ed.), Vol. 1, 2011, pp. 417-436, https://doi.org/10.5772/17087.

Chang N.B., Parvathinathan G., Breeden J.B. Combining GIS with fuzzy multicriteria decision-making for landfill siting in a fast-growing urban region. Journal of environmental management, Vol. 87, Issue 1, 2008, pp. 139-153, https://doi.org/10.1016/j.jenvman.2007.01.011.

Chikhradze N., Elizbarashvili M., Dzebisashvili N., Khachidze M., Tsintsadze M., Dvalashvili G., Rikadze Z. Integrating Waste Legislation and Circular Economy Strategies in Climate Policy: International Lessons and Georgia's Experience. The Journal of Solid Waste Technology and Management, Vol. 51, No. 4, 2025, pp. 765-776, https://doi.org/10.5276/jswtm/iswmaw/514-1/2025.765

Elkhrachy I., Alhamami A., Alyami S.H. Landfill site selection using multi-criteria decision analysis, remote sensing data, and geographic information system tools in Najran City, Saudi Arabia. Remote Sensing, Vol. 15, Issue 15, Article number 3754, 2023, https://doi.org/10.3390/rs15153754.

Gorsevski P.V., Donevska K.R., Mitrovski C.D., Frizado J.P. Integrating multi-criteria evaluation techniques with geographic information systems for landfill site selection: a case study using ordered weighted average. Waste management, Vol. 32, Issue 2, 2012, pp. 287-296, htpps://doi.org/10.1016/j.wasman.2011.09.023.

Gudjabidze G., Kandelaki D., Geguchadze Sh., Jighauri D., Torozov R., Pruidze M., Adamia Sh., Javakhishvili Sh., Tsagareli A., Buleishvili D., Edilashvili V. Geological maps of Georgia, scale: 1:200,000. Ministry of Geology, Tbilisi, 1977.

Kareem H.A., Riaz S., Sadia H., Mehmood R. Industrial Waste, Types, Sources, Pollution Potential, and Country-Wise Comparisons. In: Riaz U., Iqbal S. and Jamil M. (eds.) Waste Problems and Management in Developing Countries. Apple Academic Press, 2023, pp. 169-203, https://doi.org/10.1201/9781003283621-8.

Kaza S., Yao L.C., Bhada-Tata P., Van Woerden F., Levine D. What a Waste 2.0: A Global Snapshot of Solid Waste Management to 2050. Urban Development Series. Washington, DC: World Bank, 2018, https://doi.org/10.1596/978-1-4648-1329-0.

Keggenhoff I., Elizbarashvili M., Amiri-Farahani A., King L. Trends in daily temperature and precipitation extremes over Georgia, 1971-2010. Weather and climate extremes, Vol. 4, 2014, pp. 75-85, https://doi.org/10.1016/j.wace.2014.05.001.

Khorsandi H., Faramarzi A., Aghapour A.A., Jafari S.J. Landfill site selection via integrating multi-criteria decision techniques with geographic information systems: a case study in Naqadeh, Iran. Environmental monitoring and assessment, Vol. 191, No. 12, Article number 730, 2019, https://doi.org/10.1007/s10661-019-7863-8.

Le Pavic G., Bescotti E., Andguladze A., Bachelet A., Buzogány A., Carvell M., Delcour L., Gavrilova S., Gonashvili-Münch I. Forum: Bridging divides—Georgia, the European Union, and the challenges of cooperation amid conflicts. Cooperation and Conflict, 2026, https://doi.org/10.1177/00108367261432930.

Nas B., Cay T., Iscan F., Berktay A. Selection of MSW landfill site for Konya, Turkey using GIS and multi-criteria evaluation. Environmental monitoring and assessment, Vol. 160, No. 1-4, 2010, pp. 491-500, https://doi.org/10.1007/s10661-008-0713-8.

Onur T., Gok R., Godoladze T., Gunia I., Boichenko G., Buzaladze A., Tumanova N., Dzmanashvili M., Sukhishvili L., Javakishvili Z., Cowgill E., Bondár I., Yetirmishli G. Probabilistic seismic hazard assessment using legacy data in Georgia. Seismological Research Letters, Vol. 91, No. 3, 2020, pp. 1500-1517,https://doi.org/10.1785/0220190331.

Singh A. Remote sensing and GIS applications for municipal waste management. Journal of environmental management, Vol. 243, 2019, pp. 22-29, https://doi.org/10.1016/j.jenvman.2019.05.017https://doi.org/10.1016/j.jenvman.2019.05.017.

Singh O. Chapter 19 – Forecasting trends in the generation and management of hazardous waste. In: Yadav D.K., Kumar P., Singh P. and Vallero D.A. (eds.) Hazardous Waste Management: An Overview of Advanced and Cost-Effective Solutions. Elsevier, 2022, pp. 465-489, https://doi.org/10.1016/B978-0-12-824344-2.00015-X.

Tielidze L. (Ed.). Geomorphology of Georgia. Geography of the Physical Environment. Springer International Publishing, Cham, 2019, https://doi.org/10.1007/978-3-319-77764-1.

Vijay R., Gupta A., Kalamdhad A.S., Devotta S. Estimation and allocation of solid waste to bin through geographical information systems. Waste Management & Research, Vol. 23, Issue 5, 2005, pp. 479-484, https://doi.org/10.1177/0734242X05057763.

Wang G., Qin L., Li G., Chen L. Landfill site selection using spatial information technologies and AHP: a case study in Beijing, China. Journal of environmental management, Vol. 90, Issue 8, 2009, pp. 2414-2421, https://doi.org/10.1016/j.jenvman.2008.12.008.

Yatoo A.M., Hamid B., Sheikh T.A., Ali S., Bhat S.A., Ramola S., Ali M.N., Baba Z.A., Kumar S. Global perspective of municipal solid waste and landfill leachate: generation, composition, eco-toxicity, and sustainable management strategies. Environmental Science and Pollution Research, Vol. 31, No. 16, 2024, pp. 23363-23392, https://doi.org/10.1007/s11356-024-32669-4.