Print-ISSN 3079-2886; E-ISSN 3079-2894

Saatlı quyusunun vulkanitlərində filiz minerallarının mikrorentgenspektral təhlili

Novruzov Z.A., Tselmoviç V.A.

Saatlı aşırı dərin quyusunun kəsilişində filiz minerallarının mikrorentgenspektral təhlili üsullarıyla nisbətən xırda maqnetit zərrəcikləri (~2-10 mikron) və iri qeyribircinsli titanomagnetit zərrəciklər (~10-100 mikron və daha böyük) aşkar edilmişdir. Aşağı temperaturlu metamorfizmin (3540-5500 m intervalın ən dərin hissələrində) inkişaf etməsi bu iki generasiyaya (iri homogen strukturu və ya parçalanma strukturu ilə titanomaqnetit zərrəcikləri və xırda, adətən yaxşı təraşlanmış zərrəcik praktiki olarak stexiometrik maqnetit) təsir göstərmir. Hematitin (martitin) olmaması və parçalanma strukturlarda yalnız ilmenitin (bitişmələrdə-rutilin) olması onu görsədir ki, kristallaşmadan sonra filiz zərrəcikləri intensiv oksidləşməyə məruz  qalmamışlar. Metamorfizm və metasomatoz prosesləri inkişafılə əlaqəli (7000-8126 m dərinliklərdə) “mozaik” strukturun ortaya çıxması, inkişafı və yayılması qeyd olunmuş, titanomaqnetit zərrəciklərin əsas kütləsində rutilin nöqtəli çıxıntıları (ayrılmaları) ilə bağlı olan və qizli parçalanma strukturu ilə şərtlənməmiş “xallı” struktur aşkar olunmuşdur. İynə şəkilli ikinci generasiyalı hematitdə düzgün olan və düzgün olmayan təraşlanan pirit zərrəcikləri aşkar olunmuşdur. İkinci generasiyalı hematit və piritin mövcudluğu metasomatoz proseslərin inkişafını təsdiqləyir. Bu eyni zamanda müxtəlif oksidləşmə-reduksiya potensialı flüidlərin dərinliklərdə olan süxurlara sızılmasını təsdiqləyir.