CXMÇ çökmə örtüyünün seysmostratiqrafik (yaş) bölmələri
Məmmədov P.Z.
Neftli-qazlı hövzələrin (NQH) çökmə örtüyündə ierarxik bir-birinə tabe olan elementar cisimlərin fasiləsiz sıraya ayrılır: yaş xronostratiqrafik vahidlərinin şaquli sırası və formasiya-fasial, litostratiqrafik vahidlərinin lateral sırası. Sonuncular maddi-struktur və genetik əlamətlərə görə ayrılır və stratiqrafik bölmələrə qoyulan sərhədlərin sinxronluğu tələbinə cavab vermirlər.
NQH baza modellərinin yaradılması və KH
akkumulyasiyası və generasiyası şəraitini proqnozlaşdırmaq məqsədilə
çöküntütoplanma proseslərinin miqdarı modelləşdirilməsi üçün kəsilişdə sinxron
sərhədli suxurüstü səviyyədə təşkil olunmuş qatlı geoloji cisimlər sinfini
ayırmaq və tədqiq etmək zəruridir.
Çökmə hövzələrdə süxurüstü səviyyəli geoloji
cisimlər seysmik stratiqrafiya tərəfindən kifayət qədər etibarlı ayrılır və
tədqiq edilir. Seysmik stratiqrafiya geologiyanın və xüsusilə, spesifik
vəzifəsi çökmə qatlarının əmələ gəlməsinin xronoloji tarixiardıcılığını təyin
etmək olan, stratigrafiyanın bir sıra məsələlərinin həlli üçün çox əhəmiyyətli
məlumat verir.
Çökmə hövzələrinin seysmostratiqrafik
analizı əsasları aşağıdakilar olan bir sıra prinsiplərə əsaslanır; a) müxtəlif
yaşlı üçölçülü cisimləri-seysmostratiqrafik bölmələri (SSB) ayırmağa imkan
verən, seysmik əksedən sərhədlərinin xronostratiqrafik əhəmiyyəti və b) SSB
ierarxlığıdır ki, buna görə hər iri ranqlı bölmə daha aşağı ranqlı vahidlərə
bölünə bilər. Müxtəlif ranqlı SSB ardıcıl sırası hadisələr stratiqrafiyasının
obyektiv şkalasını təşkil edir və ÇH inkişafının mərhələliyini üzə çıxarır.
Seysmostratiqrafiyanın inkişafı prosesində və onun çöküntü hövzələrində geniş
tətbiqi zamanı kəsilişin bir-birinə ierarxik tabeçilikdə olan üçölçülü
xronostratiqrafik vahidlərə-seysmostratiqrafik bölmələrə (SSB) bölünməsində yaş
meyarı əsasdır. Müxtəlif sxemlər mütəhərrik qurşaqlardan uzaq olan
platformalarda və pereokeanik əyalətlərdəki ÇH sınaqdan keçmişlər. Mütəhərrik
qurşaqların çökmə hövzələri çox böyük (18–25 km) qalınlığa malikdir. Mütəhərrik
qurşaqların parlaq nümayəndələrindən biri, bünövrəsi 27–30 km dərinlikdə
yerləşən Cənubi Xəzər meqaçökəkliyidir (CXMÇ). CXMÇ örtüyündə bir neçə
müxtəlifyaşlı çöküntü kompleksləri ayrılır. Bunların bəziləri qalınlığına (3–7
km) və həcminə görə struktur mərtəbələrindən və hətta onlarla qonşu platforma sahələrindəki
bütün çöküntü kompleksindən də böyükdürlər. Belə böyük qalınlığı
komplekslərinin özləri müxtəlif miqyaslı və ranqlı üçölçülü cisimlərin yaş üzrə
ardıcıliğından ibarətdirlər. Məqalədə CXMÇ kəsilişləri timsalında çökmə
örtüklərinin, dərinçökmüş ÇH müxtəlif ranqlı SSB bölünməsi sxemləri və
metodikasının effektivliyi nəzərdən keçirilir. Sxemə ierarxik tabeçilikdə olan
bölmələrin 6 ranqı (səviyyəsi) daxildir. Hər bir SSB genezisi, miqyası
(regional və ya lokal) və təşkilolunma səviyyəsi-ixtisaslaşması
(tektono-sedimentasiya və ya sedimentasiya), onların formalaşmasında tektonik,
sedimentasiya və evstatik amillərin rolu və həmdə onları məhdudlaşdıran
sərhədlərin fiziki və geoloji xüsusiyyətləri nəzərdən keçirilir.