Azərbaycan şəraitində aparılan geoloji kəsilişin stratiqrafiya və proqnozlaşdırılması
Köçərli Ş.S.
Məqalədə seysmostratiqrafik analizin və geoloji kəsilişlərin proqnozlaşdırılması işlərinin inkişafı tarixinə dair məlumat təqdim olunmuş, bu növ tədqiqatların seysmik məlumatlar əsasında aparılması metodologiyasının xülasəsi verilmişdir. Məqalədə həmçinin Sovetlər-Qalamadın regional kəsilişin interpretasiyası nəticələrinin timsalında Mezo-Kaynozoy çöküntülərində struktur mərhələlərinin, seysmik komplekslərin və seysmik fasiyaların müəyyən edilməsinin mümkünlüyü əsaslandırılmışdır. Neft-qazlılığı proqnozlaşdırılan obyektlər sırasında Cəfərli sahəsində qazılmış bir neçə kəşfiyyat quyusundan (1, 5, 21, 22) neftin alınması həmin proqnozları təsdiqləməyə imkan yaratmışdır.