Cənubi Xəzər hövzəsinin qərb bortunda Yaşma kəsilişinin diatom florasina dair bəzi məlumatlar
Kərimova N.T.
Abşeron yarımadasının Yaşma kəsilişinin çöküntü qatında qeydə alınmış diatom yosunlarının ətraflı analizi ərazidə baş vermiş paleoekoloji dəyişikliklərin müəyyən edilməsi üçün istifadə olunmuşdur. Öyrənilmiş nümunələrin litoloji əlamətləri gillər və nazik bentonit laycıqları arasında dəyişilmişdir. Bütün stratiqrafik ardıcıllıqdan götürülmüş 20 nümunədən 37 cinsə məxsus 77 diatom növü və növ müxtəliflikləri müəyyən edilmişdir. Çöküntü süxurlarında qazıntı halında tapılmış diatom yosunlarının paylanılması və qorunma səviyyəsi diatom qruplarının tərkibində zaman və məkan dəyişikliklərini müəyyən etmək və sözü gedən geoloji dövrdə baş vermiş çöküntü əmələgəlmə şəraitini qiymətləndirmək məqsədilə tədqiq olunmuşdur.