Naxçıvan MR ərazisi üzrə stratiqrafik esse. Oçerk III – Paleogen. Məruzə III – Paleogen
Babayev Ş.Ə., Kəngərli T.N., Əliyev H.İ.
Məqalə AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları
və keçmiş Geologiya və Təbii Ehtiyatlar İdarəsinin mütəxəssisləri tərəfindən
aparılmış çoxillik tədqiqatların materialları əsasında yazılmış və Naxçıvan
Muxtar Respublikasının stratiqrafiyasına həsr edilmiş silsilə əsərlərdən
üçüncüsü olmaqla ərazinin əsasən şərq hissəsində yayılmış çökmə,
vulkanogen-çökmə və vulkanogen mənşəli Paleogen törəmələrinin
liroloji-stratigrafik kəsilişinin tam təsvirinə həsr edilmişdir. Paleogen
struktur-maddi kompleksinin paleontoloji əsaslandırılmış yerli stratiqrafik
bölgüsü və bölgü vahidlərinin təsviri müasir Beynəlxalq Stratiqrafik Cədvəlin
uyğun aparılır. Bəzi stratiqrafik intervalların yaşı paleofitoloji materiallar
və süxurların mütləq yaşının təyini əsasında verilir. Təsvir edilən kompleksin
müxtəlif litoloji-stratiqrafik bölmələrinin formalaşmasına paleogeodinamik və
paleocoğrafi amillərin təsiri barədə qısa icmal təqdim edilir. İlk dəfə ingilis
dilində işıq üzü görən bu məlumatlar şimal istiqamətdə Mərkəzi İran mikroqitəsinin
altına subduksiya edən Neotetisin arxasında çöküntüəmələgəlmə şəraitini səciyyələndirən
Paleogen kəsilişlərinin stratiqrafik korrelyasiyası və regional ümumiləşdirməsində
istifadə edilə bilər.