Böyük Xəzərin tarixi; Xəzərin Gec Pliosen hövzələri
Svitoç A.A.
Böyük Xəzərin hövzələrinin müasir Xəzərin və onu əhatə
edən düzənlik sahələrinin yerində mövcud olmuş su hövzələri sisteminin gec
pliosen tarixi nəzərdən keçirilir. Xəzərin transqressiv tarixinin
başlanmasından əvvəl kontinental çöküntülərin aktiv toplanması və Xəzər çökəkliklərinin
alçaq səviyyəsinə bağlanmış çay dərələrinin dərinləşməsi ilə səciyyələnən uzun
müddətli reqressiv Balaxanı epoxası baş vermişdir. Onu əvəz edən Akçaqıl mərhələsi
ən iri və uzun transqressiv epoxa olub, Orta Volqa boyundan Elbrusun ətəklərinə
qədər yayılmışdır. Burada dənizin səviyyəsi 100 m mütləq yüksəkliyə çatmış və dəniz
molyusklarının endemik faunası ilə səciyyələnən çöküntüləri müxtəlif litofasial
tərkibə malik olmuşlar. 18 mln. il bundan əvvəl dəniz sularının gəlməsinin kəsildiyi
üçün baş vermiş kiçik reqressiyadan sonra Akçaqıl hövzəsi Abşeron dənizi ilə əvəz
edilmişdir. Bu qapalı, daha kiçik ölçülü, şor sulu, daha alçaq səviyyəli (60–80
m mütləq yüksəklikli), lakin o cür də müxtəlif fasial tərkibli çöküntülərə və
molyuskların kəskin fərqli tərkibinə malik hövzə olmuşdur. Abşeron
transqressiyasının başa çatması gec pliosenin ən sonuna təsadüf edir və iqlimin
əhəmiyyətli soyuqlaşması ilə üst-üstə düşür. Ehtimal ki, bu zaman Rus
ovalığında ilk buzluqlar meydana gəlmişdir.