Print-ISSN 3079-2886; E-ISSN 3079-2894

Qərbi Qafqazın (Cənub-Qərbi Rusiya) alt-, orta yura gillərinin ixnofossilləri: oksigen əskikliyindəki dənizin dibində həyatın sübutu

Ruban, Dmitri A.; Nilsen, Jan K.; Zayats, Pavel P.

Qərbi Qafqazın alt-, orta Yura çöküntüləri oksigen çatışmazlığı şəraitində paleoekosistemin inkişafının öyrənilməsi baxımından maraq kəsb edir. Bu çöküntülər Quzeripl şəhəri və Partizan talası (Adıgey Respublikası, cənub-qərbi Rusiya) arasında uzanmış kəsilişdə öyrənilmişdir və burada üst toar – orta aalenin gilləri siderit konkresiyaları və qumdaşı təbəqəciklikləri ilə Böyük Qafqazın çöküntü hövzəsinin ox hissəsini təmsil edir. Burada ?Chondrites isp. adlı ixnofossillər tapılmışdır ki, bu da Qafqaz dənizinin oksigensiz dibində heyvanların (ya endobentik ikitaylı molyusklar, ya da dərin sularda yaşayan nematodlar) fəal davranışlarının sübutudur. Tubin formasiyasında ixnofossilərə və bioturbasiya xüsusiyyətinə görə fərq yeni və əvvəl tapılmış ixnifossillərin tapılma yerləri arasındakı dib ekosistemində dəyişiklikləri güman edilir. Bunlar yəqin ki, paleomühitin dəyişiklikləri və xüsusilə oksigen doyma fərqləri ilə bağlı idi.