Alt Təbaşir dövründə Dağıstan hövzələrinin bionomik şəraitləri
İsayeva N.A.
Məqalədə paleoekoloji dəyişikliklərin mahiyyətinin müəyyən edilməsi və mikrobiota kompleks analizinin əsasında onları yaradan səbəblər nəzərdən keçirilmişdir. Aymaki kəndi yaxınlığında Şərqi Qafqaz Təbaşirinin ən tam hissələrindən birində, üzvi maddələrlə zəngin olan və qlobal hadisələrə cavab verən çöküntülər daxil olmaqla, Apt Alb intervalı tədqiq edilmişdir. Bunlar: erkən Apt hadisəsi – Selli (OAE1a), gec Apt – erkən Alb hadisəsi Jacob, Pacuier (OAE1b), gec Alb hadisəsi Toolebuc (OAE1c) və Breistroffer (OAE1d). Aymak kəsilişinin Apt Alb çöküntülərində foraminiferlərin miqdarca paylanması Şərqi Qafqazın paleoekoloji şəraitlər hövzəsində əhəmiyyətli dəyişiliklərin olmasını göstərir.