Timan-Peçora neft-qazlı vilayətinin Fran mərtəbəsinin Üst Devon çöküntütoplanmanın indikatorları – braxiopodlar
Bakulina L.P., Dovjikova Y.Q.
Uxta Dövlət Texniki Universiteti, Rusiya, Komi
Respublikası, Uxta şəhəri, Pervomayskaya küç., 13: luda5200@bk.ru, dovzh57@yandex.ru
DOI: 10.35714/ggistrat20240100006
Xülasə. Hazırkı məqalə Rusiyanın Avropa hissəsinin şimalında, müxtəlif fasial şəraitlərdə
formalaşmış Üst Devon dövrünün Fran mərtəbəsinin fauna komplekslərinə həsr
olunmuşdur. Timan-Peçora neft-qazlı vilayətində aşkar edilmiş Fran dövrünün
çöküntüləri stratiqrafik kəsilişin tamamlığı ilə xarakterizə edilərək litoloji
tərkibinin mürəkkəbliyi ilə seçilən və özündə çoxlu sayda yaxşı qorunmuş fauna
qalıqlarını saxlayan dəniz mənşəli çöküntü süxurları ilə təmsil olunur. Fran
dövrünün dəniz hövzəsinin əsas sakinləri sefalopodlar idi ki, onlar zəngin növ
müxtəlifliyi ilə səciyyələnən ammonoid və baktritoidlərlə (braxiopodlar,
ostrakodlar, ikiqapaqlılar, exinodermlər, konodontlar, konikonlar və radiolarilər)
təmsil olunmuşdur. Sözü gedən komplekslər bir qədər Rusiya Platformasının və
Uralın qərb yamacının Fran komplekslərinə bənzəyir. Fran çöküntülərinin kəsilişlərinin
bölünməsində normal duzluluqlu isti dayaz su hövzələrinin 30-200 m dərinlik
intervallarında yaşayan, səciyyəvi iki qapaqlı, ikitərəfli simmetrik qabığa və
müxtəlif relyefə malik braxiopodlar oynayır. Onlar həm də çöküntütoplanma
prosesinin fiziki-kimyəvi şəraitinin ən mühüm göstəricisidir. Bu günə qədər
Timan-Peçora neft-qazlı vilayətinin Üst Devon Fran mərtəbəsində altmışdan çox
braxiopod növü aşkar və təsvir edilmişdir ki, onlar qabığın forması, ölçüsü və
struktur səthi ilə fərqlənir. Fran mərtəbəsinin tərkibində hər bir yarımmərtəbə,
horizont və lay dəstəsi özünəməxsus morfoloji xüsusiyyətlərə malik braxiopod
kompleksləri ilə xarakterizə olunur. Bu, süxurların dörd əsas sedimentasiya
tsiklləri ərzində müxtəlif fasial şəraitdə yaranma qənaətinə gəlməyə imkan
verir. Hər bir tsiklin müəyyən bir mühitə uyğun olan öz fauna kompleksi vardır.
Bunlar Timan (Timan lay dəstəsi), Xvorostan (Ust-Yareq lay dəstəsi), Semiluk
(Domanik və Vetlasyan lay dəstələri) və Don (Siraçoy və Uxta lay dəstələri)
tsiklləridir. Məqalədə hər bir braxiopod kompleksinin Fran mərtəbəsinin müəyyən
çöküntütoplanma tsiklinə uyğunluğu göstərilir.
Açar sözlər: Fran mərtəbəsi,
Timan-Peçora neft-qaz vilayəti, fasial şərait, faunistik komplekslər, braxiopodlar,
çöküntütoplanma tsikli
ƏDABİYYƏT
Максимова С.В. Эколого-фациальные особенности и условия образования доманика. Наука. Москва, 1970, 83 с.
Пармузина Л.В., Боровинский А.П. Ритмичность отложений верхнедевонского комплекса Тимано-Печорской провинции. Вестник Института геологии Коми НЦ УрО РАН, Геопринт. Сыктывкар, No. 3, 2012, с. 2-5.
Юдина Ю.А., Москаленко М.Н. Опорные разрезы франского яруса Южного Тимана. Путеводитель полевой экскурсии международной подкомиссии по стратиграфии девона Ухта. Изд-во ВСЕГЕИ. Санкт-Петербург, 1997, 79 с.
Bakulina L.P., Dovjikova Y.G. Lithology and structure of the Upper Devonian domanik formation of southern Timan. Stratigrafy and sedimentology of oil-gas basins, Azerbaijan National Akademy of Earth Sciences, Vol. 2, 2021, pp. 3-8.
Keyserling A., Krusenstern P. Wissenschaftliche beobachtungen auf einer Reise in das Petschora – Land im Jahre1843. Carl Kray. St.-Petersburg, 1846, 467 s.
Schenk Ch.J. Chapter 18: Geology and petroleum potential of the Timan-Pechora Basin Province, Russia. Geological Society, London, Memoirs, Vol. 35(1), 2011, pp. 283-294, https://doi.org/10.1144/M35.18.