Mərkəzi və Şərqi Paratetisin (Ukrayna, Rusiya, Azərbaycan, Gürcüstan) neogen regiomərtəbələrinin beynəlxalq stratiqrafik şkala ilə korrelyasiyası
Qojik P., Semenenko V., Andreeva-Qriqoroviç A., Maslun N.
Paratetisin neogen çöküntülərinin korrelyasiyası bio-, lito-, siklo-, maqnestratiqrafik metodların tətbiqi ilə alınmış yeni məlumatlar əsasında aparılmış və əsaslandırılmışdır. Mərkəzi və Şərqi Paratetisin neogen çöküntülərinin plankton mikrofosillərinin (foraminiferlərin, nannoplanktonun, dinosistin) yayılmasının ətraflı təhlili, həmçinin Azov-Qaradəniz akvatoriyasında aparılan qazıma zamanı alınan məlumatlar neogenin müxtəlif dərəcəli stratonlarının sərhədini əsaslandırmağa və dəniz planktonunun 10 assosiasiyasını müəyyənləşdirməyə imkan verir (korrelyasiya səviyyələri). Biostratiqrafiklərdən əlavə seysmo-, siklo-, maqnitostratiqrafik, tektonik, morfostruktur sedimentoloji kriterilərdən də istifadə olunmuşdur. Vulkanizmin, xüsusilə, palçıq vulkanı təzahürlərinin stratiqrafik strukturuna təsiri təhlil olunmuşdur. Nəticədə Mərkəzi və Şərqi Paratetisin Ukrayna hüdudlarında neogenin regional, yerli bölmələrinin sərhədi və həcmi dəqiqləşdirilmiş və əsaslandırılmışdır. Rumınya, Polşa, Slovakiya, Bolqarıstan, Cənubi Rusiya, Gürcüstan, Azərbaycanın neogen çöküntülərinin eyniyaşlı bölmələri ilə, həmçinin Beynəlxalq stratiqrafik şkala ilə korrelyasiyası aparılmışdır.
Ukraynanın
Mərkəzi və Şərqi Paratetisinin neogen çöküntülərinin regionlararası
stratiqrafik cədvəli təqdim olunmuşdur.