Print-ISSN 3079-2886; E-ISSN 3079-2894
ru
en

Naxçıvan Muxtar Respublikasının Trias çöküntülərinin maqnitostratiqrafik şkalalarının korrelyasiyası və paleomaqnit xarakteristikası (Azərbaycan, ilkin məlumatlar)

Bağırova A.Ə.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Geologiya İnstitutu” Publik Hüquqi Şəxsi (PHŞ), Azərbaycan AZ1073, Bakı, H. Cavid pr., 119: arzu-bagirova2013@yandex.ru


DOI: 10.35714/ggistrat20260200028

Xülasə.
Məqalədə Naxçıvan Muxtar Respublikası ərazisində Mezozoy (Trias) çöküntülərinin öyrənilməsinin nəticə­ləri, yer qabığının horizontal hərəkətləri və problemin həlli yolları təqdim olunur. Axura və Tənənəm kəsilişlərində paleomaqnit tədqiqatları aparılmış və Trias çöküntüləri öyrənilmişdir. Paleomaqnit məlumatları əsasında ilkin olaraq blokların kinematik parametrləri və onların horizontal yerdəyişmələri müəyyən edilmişdir. Oxşar nəticələr kompo­nentlərin xarakteristikası zamanı da əldə olunmuşdur: gillər və xırdadənəli qumdaşları daha stabil, iri dənəli süxurlar metastabil, iri dənəli qumdaşları, dolomitlər və s. isə qeyri-sabitdir.

Maqnit təmizlənməsi prosesində maqnitlənmənin sabit komponentləri ayrılır. Orta hesabla onların istiqaməti kəsik üsulu ilə müəyyən edilən maqnitlənmə istiqaməti ilə üst-üstə düşür. Kəsilişlərdə düz və tərs maqnitlənməyə malik süxurların müntəzəm növbələşməsi müşahidə olunur. Zaman və temperatur üzrə təmizlənmədən, həmçinin mərhələli maqnit təmizlənməsindən sonra Axura və Tənənəm kəsilişlərində həm düz, həm də tərs maqnitlənməyə malik süxurlar eyni istiqaməti alır. Bu, Jn-un sinxronluğunu və təmizlənmədən sonra Jn-də ikinci dərəcəli maqnitlənmə komponent­lərinin olmadığını göstərir.

Bu tədqiqatın məqsədi Naxçıvan Muxtar Respublikası ərazisində aşkar edilmiş Trias çöküntü süxurlarının paleo­maqnit xüsusiyyətlərini öyrənmək; bu geoloji dövrlərdə Yerin şimal geomaqnit qütbünün mövqeyini müəyyənləş­dirmək; tektonik blokların üfüqi yerdəyişmələrini və fırlanma parametrlərini qiymətləndirmək; paleomaqnit məlumat­lara əsaslanaraq bölgənin təkamülü və paleotektonik proseslərinin yenidən qurulması.

Apardıgımız paleomaqnit tədqiqatlarının aktuallığı və əhəmiyyəti ondan ibarətdir ki, yalnız bu üsul vasitəsilə paleotektonik şəraiti müəyyən etmək və müxtəlif geoloji strukturların bir-birinə nisbətən fırlanmasını kəmiyyətcə qiymətləndirmək mümkündür.

Bu tədqiqat, tam demaqnitləşmə (maqnisizləşdirmə) və əsas komponentlərin analizi (PCA) metodlarından istifadə etməklə Trias yaşlı çökmə süxurların paleomaqnit istiqamətlərinin əldə edildiyi, 39.5° şimal enliyi və 45.3° şərq uzun­luğunda yerləşən Naxçıvan bölgəsində aparılmış ilk işdir.  Bununla belə, Naxçıvan bölgəsindən əldə olunan nəticələr qonşu regionlar və eyni yaşlı kəsilişlər üzərində aparılmış əvvəlki tədqiqatlarla yüksək dərəcədə uyğunluq təşkil edir.

Açar sözlər: maqnit həssaslığı, stratiqrafik bölgü, geoloji-geofiziki analiz, Tənənəm kəsilişləri, Trias dövrü

ƏDABİYYƏT

Babayev Sh.A., Kengerli T.N., Mammadov A.B. Stratigraphy of Nakhchivan Autonomous Republic. Baku, 2016. (in Azerbaijani)


Bagirova A.A., Rzayev A.G. Kinematic parameters of block movements in the Nakhchivan Autonomous Republic based on paleomagnetic data. Seismoprognosis Observation Territories, Vol. 15, No. 1, 2018, pp. 14-18.


Bazhenova M.L. Relationship between paleomagnetic directions and lithology in Cretaceous and Paleocene sediments of the West Kopet Dagh. Izvestiya, Academy of Sciences of the USSR, Physics of the Solid Earth, No. 8, 1983, pp. 67-75. (in Russian)


Ismail-Zade A.D., Rustamov M.I., Kengerli T.N. Arazian Megazone. Geology of Azerbaijan, Vol. IV, Tectonics. Nafta-Press. Baku, 2005, pp. 338-359. (in Russian)


Khalafly A.A. Supporting paleomagnetic section of the Middle-Upper Jurassic deposits of the Lesser Caucasus of Azerbaijan. Reports of the Academy of Sciences of Azerbaijan. Tahsil. Baku, 2007, 98 p. (in Russian)


Khramov A.N., Sholpo L.E. Paleomagnetism. Nedra. Leningrad, 1967,
251 p. (in Russian)


Kodama K.P. Paleomagnetism of Sedimentary Rocks: Processes and Interpretation. Wiley-Blackwell. Oxford, 2012, 157 p.,
https://doi.org/10.1002/9781118384138.


Krasa D., Petersen K., Petersen N.
Variable field translation balance. In: Gubbins D., Herrero-Bervera E. (eds.) Encyclopedia of Geomagnetism and Paleomagnetism. Springer. Dordrecht, 2007.


Molostovski E.A. Stratigraphic aspects of paleomagnetism. Bulletin of the Moscow Society of Naturalists, Geological Series, Vol. 60, Issue 5, 1985, pp. 116-127. (in Russian)


Rustamov M.I. Geology, geodynamics, magmatism and metallogeny of the Nakhchivan Autonomous Republic. Vol. I. Geology, geodynamics, magmatism and metallogeny of Nakhchivan AR. Nafta Press. Baku, 2023, 336 p. (in Russian)


Salehi A., Wilmsen M., Zamanian E., Heubeck Ch. Cimmerian tectonostratigraphic events in east-central Iran revealed by a long drill core of the Shemshak Group (Upper Triassic–Middle Jurassic). Journal of Asian Earth Sciences, Vol. 297, Article number 106895, 2026,https://doi.org/10.1016/j.jseaes.2025.106895.


Soffel
H.C., Schmidt S., Davoudzadeh M., Rolf C. New palaeomagnetic data from Central Iran and a Triassic palaeoreconstruction. Geologische Rundschau, Vol. 85, 1996, pp. 293-302, https://doi.org/10.1007/BF02422235.