Print-ISSN 3079-2886; E-ISSN 3079-2894
ru
en

Qarabağ. Srtatiqrafik esse. Oçerk II: Kaynozoy

Kəngərli T.N., Babayev Ş.Ə., Allahverdiyeva H.Ə.

Məqalədə Dağlıq və Düzən Qarabağın geoloji quruluşunda iştirak edən  Paleogen-Neogen maddi komplekslərinin litoloji və stratiqrafik xüsusiyyətlərini daha yaxşı anlamaq məqsədilə əvvəlki illərin geoloji planalma və elmi-tədqiqat işlərinin nəticələri ümumiləşdirilmişdir. Bölgənin Mezozoy stratiqrafiyasına həsr olunmuş əvvəlki məqalə, hazırkı tədqiqat çərçivəsindəki məlumatlar Azərbaycanın Stratiqrafik koduna əsasən yenidən nəzərdən keçirilmiş və təfsir edilmişdir. Üstəlik, stratiqrafik bölmələrin təsviri, habelə yerli stratiqrafik vahidlərin (lay dəstələrinin) eyniləşdirilməsi və paleontoloji əsaslandırılması Ümumi və Beynəlxalq Stratiqrafik Cədvəllər əsasında həyata keçirilmişdir.