Print-ISSN 3079-2886; E-ISSN 3079-2894

Xəzər dənizi tarixində holosen mərhələsi

Rıçaqov Q.İ.

Müəllif tərəfindən tərtib edilmiş paleocoğrafi rekonstruksiyalarda geomorfoloji analiz metodu əsasında qeyd edilir:

1. Yeni Xəzər transqressiyası - Xəzər dənizinin buzlaqarası dövrlər üçün səciyyəvi olan müstəqil transqressiyadır. Onun başlanğıcı 10 min il əvvəl olmuşdur. 2. Holosen tarixində strukturasına görə alt və üst yeni Xəzər çöküntüləri sərhəddində markir horizontlu 4 mürəkkəb mərhələ ayrılmışdır. 3. Tərtib olunmuş metoddan istifadə əsasında: a – holosendə Xəzər dənizinin səviyyəsinin dəyişmə əyrisi qurulmuşdur; b – holosendə dənizin səviyyəsinin dəyişmə amplitudası təyin edilmişdir; c – subatlantik epoxasında proqnoz məqsədi ilə əlaqədar məsələlərin həlli zamanı holosenin çox mühüm əhəmiyyətli (-30m-dən -25m-ə qədər “risk zonası”) dəniz səviyyəsinin dəyişmə amplitudası təyin edilmişdir. 4. Tərtib edilmiş metod əsasında əldə edilmiş məlumatlar holosendə Xəzər transqressiyalarının iqlim təbiətinin primatılılığına dəlalət edir.