Print-ISSN 3079-2886; E-ISSN 3079-2894

Üst Rifeyin Karuyarv lay dəstəsinin karbonat-terrigen süxurlarının litogeokimyası (Sredniy yarımadası)

Mixaylenko Y.V.

“Standart UK” istifadə etməklə litokimyəvi modullar hesablanmış və onların nisbəti Karuyarva lay dəstəsinin nazik aluminosilikosklastikasının əsasən petrogen xaraktera malik olduğunu göstərmişdir. Timanın qərbi struktur-formasiya zonasının (Çetlas seriyası (Svetlin, Novobobrov və Vizinq lay dəstələri) və Anyuq lay dəstəsi) Rifey terrigen süxurlarının kimyəvi tərkibi ilə Sredniy yarımadanın Kildi seriyasının Karuyarv lay dəstəsinin kimyəvi tərkibi oxşardır. Sredniy yarımadası Karuyarv lay dəstəsinin bütün petroqrafik tip süxurlarında səpələnmiş elementlərin orta konsentrasiyalarının öyrənilməsi göstərir ki, yüksək konsentrasiyaları terrigen süxurlara Ni, Co, Ti, Cr, Rb, Zr, Ba, karbonat süxurlara Cu, Mn və Ba, nisbətən yüksək miqdarda da isə həmçinin Cr, Ni və Co xasdır. Karuyarv lay dəstəsi süxurlarının bütün petrografik növlərindəki səpələnmiş element-qatışıqların orta konsentrasiyaların öyrənilməsi və gilli şistlərdə və argillitlərdə xondritə normallaşmış NTE paylanma spektrləri göstərdi ki, süxurların maddə mənbəyi mürəkkəb və müxtəlif tərkibli əmələgəlmələr idi, bunların da arasında turş petrofond süxurları üstünlük təşkil etmişdi.